Bu şəhərlərdə peyvənd mərkəzlərinin təşkil edilməsi planlaşdırılır
"Tbilisi, Rustavi, Kutaisi və Batumidə gündə 1000-2000 nəfərin aşılanacağı böyük peyvənd mərkəzlərinin təşkil edilməsi planlaşdırılır".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
Qamğrelidzenin media-vebinarda dediyinə görə, bu mərkəzlərin işinə tibbi təhsilli işsizlər cəlb edilə bilər.
“Bu mərhələdə peyvənd üçün ölkə daxilində 150 briqada çalışır. May ayının sonuna qədər 300 briqadaya çıxmaq istəyirik. Prosesdə hələlik kənd həkimləri iştirak etmir. Həmçinin planımızda 4 böyük şəhərdə peyvənd mərkəzlərinin təşkili planlaşdırılır. Bu gün onun işinin logistik sxeminin müzakirəsi olacaq. Belə mərkəzlərdə bir gün ərzində 1000-2000 nəfər peyvənd edilə biləcək. Belə mərkəzlərdən Tbilisidə 3, Batumi, Kutaisi və Rustavidə bir dənə olmasını istəyirik. Onlara xidmət edəcək işçilər lazımdır və işsiz tibb təhsilinə malik olan insanların səfərbər edilməsi məsələsi var", - dedi Qamğrelidze.


