07 
May
2021
12:08
543

Bu günə kimi neçə nəfər koronavirus peyvəndi üçün qeydiyyatdan keçib?

Səhiyyə Nazirliyi tərəfindən koronavirusa qarşı peyvənd olmaq istəyənləri müəyyənləşdirmək üçün yaranan xüsusi veb səhifəsində bu gün saat 10: 00-a qədər 76,781 nəfər qeydiyyatdan keçib. Vətəndaşlar maksimum üç peyvənd arasından seçim edə bilərlər.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, qeydiyyatdan keçmiş vətəndaşlardan 70.823 nəfər "Pfizer" ilə, 31.914 nəfər "Moderna" ilə, 15.255 nəfər "Astrazeneca" ilə, 9126 nəfər Johnson & Johnson ilə, "Sinopharm" ilə 8607 nəfər, "Novovax" ilə 6134 nəfər, "Sinovak" ilə 1239 nəfər peyvənd olunmaq istədiklərini bildiriblər.

Portalda qeyd olunan məlumata görə, əvvəlcədən qeydiyyatdan keçməyin məqsədi KOVID-19 a qarşı aşılanmaq istəyənlərin sayı barədə məlumat əldə etməkdir.

“Həmçinin peyvəndlər arasında seçim etmək imkanı da verilir. KOVID-19 peyvəndləməsində 18 yaşdan yuxarı əhali iştirak edə bilər”, - Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın