07 
May
2021
10:52
1310

Gürcüstanda beş aptekin direktoru saxlanıldı

Maliyyə Nazirliyinin İstintaq Xidməti Əczaxanalarda narkotik dərmanlarını qanunsuz satışı faktlarını aşkarlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətindən məlumat verilib.

Məlumata görə, beş aptekin rəhbəri saxlanılıb.

“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, əczaxanalarda narkotik faktlarını aşkarlamaq üçün aktiv fəaliyyət tədbirlərini davam etdirir.

Tbilisi ərazisində 5 əczaxana aşkar edildi, hansı ki, burada müxtəlif növlərdə psixotrop və xüsusi nəzarət altında olan dərmanlar resept olmadan və icazə şərtlərini pozaraq sistematik şəkildə satılır.

Mayın 5-də, müvafiq qərar əsasında hər beş aptekin rəhbəri qanunsuz fəaliyyət ilə məşğul olmaq ittihamı ilə saxlanıldı.

İstintaq tədbirləri nəticəsində adıçəkilən apteklərdən külli miqdarda müxtəlif növ psixotrop dərmanlar götürüldü. Müvafiq istintaq tədbirləri davam etdirilir.

Gürcüstan Cinayət Məcəlləsinin 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 192-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır ” , - İdarənin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın