07 
May
2021
10:33
1432

Sürücülərin nəzərinə! Rustavinin bu küçəsində kameralar quraşdırıldı

Rustavinin Davit Qareci küçəsində yeni video kameralar quraşdırılıb.

InterPress.ge xəbər verir ki, müşahidə kameraları Daxili İşlər Nazirliyi tərəfindən Davit Qareci və Rustaveli küçələrinin kəsişməsində quraşdırılıb.

Kameralar bütün avtomobil nömrələrini gündüz və gecənin istənilən vaxtında qeydə alır, beləliklə qaydanı pozan sürücü asanlıqla cərimələnə bilər.

Rustavidən olan fəal Nikoloz Museridze uzun müddətdir sözügedən küçədə yük maşınlarının hərəkətinə etiraz edir. Davit Qareci küçəsində qoşquların hərəkətinə icazə verilməsə də, təəssüf ki, sürücülər təyin olunan yerə erkən çatmaq üçün yol hərəkəti qaydalarını tez-tez pozurlar.

Etiraz nəticə verib və Davit Qareci Prospektində video müşahidə kameraları quraşdırılıb.

Bizimlə əlaqə saxlayın