05 
May
2021
18:07
13603

Nazir quru sərhədlərlə bağlı ŞAD XƏBƏR VERDİ

“Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, quru sərhədlərdə hava sərhədində tətbiq edilən qaydalardan istifadə nəzərdə tutulub.

"Quru sərhədinin açılmasına gəlincə, biz də bunun üzərində işləyirik. Hava sərhədlərini idarə etmək üçün istifadə etdiyimiz qaydalarla təxminən eyni qaydalar üzərində işləyirik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstana hava sərhədindən daxil olan şəxslər son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edir. Həmin şəxslər Gürcüstanda uzun müddət qalacaqları təqdirdə 3 günün tamamında öz hesablarına yenidən test yoxlamasından keçirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər