Mərkəz rəhbəri açıqladı: " Pik həddə girmişik"
"Koronavirus hallarının nisbətinə görə, pik həddə girmişik".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Amiran Qamğrelidzenin sözlərinə görə, epidemiya vəziyyəti "yaxşı" deyil, lakin rəqəmlər idarəolunandır.
"Epidemiya baxımından zirvədə olduğumuzu söylədik. Bu günə olan 2000 hal, tətil günlərində yığılmışdır. Bildiyiniz kimi, tətil günləri testlər intensiv olmur, tətillərdən sonra əlbəttə ki, belə sıçrayışlar olur. Böyük ehtimalla bu da ola bilər, ikincisi, əlbəttə ki, epidemiya vəziyyəti yaxşı deyil.
5000-dən çox yoluxma halı olduğu zaman səhiyyə sistemi bunu həll etdi. Bildiyiniz kimi, noyabr-dekabr aylarında çətinliklər yaşandı, amma öhdəsindən gəldi. İndi bu rəqəmlər idarəolunandır", - dedi Qamğrelirze Mtavari Arxi Kanalına müsahibəsində.


