05 
May
2021
11:55
403

Gürcüstanda 2021-ci ilin birinci rübündə avtomobil qəzasında neçə nəfərin öldüyü açıqlandı

2021- ci ilin birinci rübündə Gürcüstanda 1247 avtomobil qəzası baş verib ki, onlardan 43- ü sərxoşluqla bağlı olub. Avtomobil qəzasında 94 nəfər ölüb, 1613 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Sakstat Daxili İşlər Nazirliyinin statistikasına dayanaraq məlumat yayır.

Qeyd edək ki, birinci rüb ərzində ölkədə koronavirus pandemiyasına görə, 21:00-dan 05:00-dək hərəkət məhdudiyyəti tətbiq olunmuşdu.

Keçən ilin eyni dövründə Gürcüstanda 1236 avtomobil qəzası olub ki, buradan 1610 nəfər yaralanıb, 134 nəfər dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər