05 
May
2021
11:10
912

89 yaşlı anasını döyən oğul saxlanıldı

Axalçixedə 89 yaşlı qadını döydüyü üçün oğlu saxlanılıb.

InterPress.ge xəbər verir ki, yaralı mayın 3-də Axalçixe Referal Xəstəxanasına aparılıb.

Həkim Beso Burgalianinin 9-cu kanala açıqlamasında dediyinə görə, qadın başından və bədəninin müxtəlif bölgələrindən səthi travma alıb. Qadın 24 saatlıq nəzarətdən sonra klinikadan çıxarılıb.

Qadın mediaya verdiyi açıqlamada ailə üzvlərinin ona zorakılıq etdiyi ilk hal olmadığını söyləyib. Gəlininin sistematik olaraq mübahisə etdiyini və evdən çıxmağını tələb etdiyini söyləyib. Qadının gedəcək yeri yoxdur. 9-cu kanalın yaydığı məlumata görə, klinikadan çıxdıqdan sonra qadını qohumlarından biri müvəqqəti himayəyə götürüb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə istintaqa başlayıb.

Bizimlə əlaqə saxlayın