04 
May
2021
22:16
496

Bokeria: "Melianı siyasi olaraq alçaltmaq istəyirlər, İvanişvili rejiminin üzü budur"

"Bidzina İvanişvilinin rejimi Nika Melianı siyasi sifariş ilə tutdu - Onu siyasi olaraq alçaltmaq istəyirlər, İvanişvili rejiminin üzü budur".

InterPress.ge xəbər verir ki, "Avropalı Gürcüstan"ın sədri Qiqa Bokeria, jurnalistlərlə söhbət edərkən bu barədə açıqlama verib.

Qiqa Bokerianın dediyinə görə, "Vahid Milli Hərəkat"ın lideri Nika Melianın həbsdən azad edilməsi "Bidzina İvanişvilinin rejimindən" asılıdır.

"Bidzina İvanişvilinin rejimi əlindən gəlsə, əlbətdə ki, bütün müxalifləri siyasi cəhətdən neytrallaşdırmağa can atacaqdır. Onların belə bir istəyi olduğu məlumdur. Ümid edirəm ki, sonda bunu edə bilməyəcəklər. Bu razılaşma, bu səhv, vəziyyəti onlar üçün çətinləşdirmək əvəzinə, əksinə, yüngülləşdirdi və səhv bu idi. Bu ağır siyasi səhvə görə məsuliyyəti, bu müqaviləni imzalayan və qələbə elan edən siyasi qüvvələr bölüşürlər.

Bidzina İvanişvili rejimi Nika Melianı siyasi sifarişlə həbs etdi. Əlbətdə ki istənilən halda, qərar verildiyi zaman ən asan şəkildə sərbəst buraxıla bilər. Bunu istəmirlər, siyasi rəqiblərini zəiflətmək, mənəvi cəhətdən nüfuzdan salmaq və güclərini göstərmək istəkləri olduğunu bilirsiniz. Təəssüf ki, razılaşma bunun mümkünlüyünü artırdı, hamımız bunu görürük", - dedi Bokeria.

Bokeria, Bidzina İvanişvili rejiminin siyasi müxalifləri, rejimin tənqidçilərini siyasi zəiflətmək və məhv etmək istədiyini söyləyib.

“Bidzina İvanişvili rejiminin əlindədir, istədikləri zaman bu sadə bir mexanizmdir - həbs qətimkan tədbirini dəyişdirirsən, bu asanlıqla baş verir. Ancaq, siyasi müxalifləri, rejimin tənqidçilərini siyasi zəiflətmək və məhv etmək istəyirlər, bu halda Nika Meliaya aiddir. Bu vəziyyətdən istifadə edirlər, buna düşünmədən və tələsik imza atan müxalifət partiyaları töhvə verdi. İndi gördüyüm odur ki, onu siyasi cəhətdən alçaltmaq istəyirlər. Bu İvanişvili rejiminin üzüdür, nəticədə İvanişvili rejimi bütün siyasi məhbusları, ilk növbədə Nika Melianı azad etməli olacaq", - dedi Bokeria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər