Mərkəz rəhbəri məhdudiyyətlərin sərtləşdirilməsinin vacibliyindən danışdı
"Bütün proqnozlara görə, pik dövr gələn ayın ilk iki həftəsində olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Birinci Kanalına Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri məhdudiyyətlərin sərtləşdirilməsinin vacibliyindən danışıb.
“Bütün göstəricilər tədricən pisləşir. Bütün proqnozlara görə, ayın sonunda, gələn ayın ilk iki həftəsində pik dövrümüz olacaq, buna görə də icra nəzarətinin sərtləşdirilməsi tövsiyə olunur. Mövcud məhdudiyyətlər və tövsiyələr, gecə karantini, restoranların həftə sonları bağlanması, maska taxma və böyük toplantıya xüsusi nəzarət - bütün bunlar qüvvədədir və daha da sərtləşdirilməlidir", - dedi Qamğrelidze.


