23 
Apr
2021
15:45
380

Çin peyvəndi "Sinopharm" ilə bu insanlar aşılana bilər

“Çin vaksini olan Sinofarm ilə müəyyən qruplar, yəni müəllimlər, uşaq bağçası müəllimləri, polislər, ədliyyə evlərinin əməkdaşları aşılana bilər”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, immunizasiya şurası bazar ertəsi günü məsələni müzakirə edəcək.

“Bazar ertəsi günü Çin peyvəndi olan Sinofarm ilə aşılamanın başlaması məsələsini immunizasiya şurası müzakirə edəcək. Buna 18 yaşdan yuxarı başlayacağıq, ancaq müəyyən qruplarda mümkündür. Məsələn, müəllimlər, uşaq bağçası müəllimləri, polis, ədliyyə evlərindəki insanlar və s. Təkliflər hazırlamışıq və şuraya bildirəcəyik və şura qərar verəcək”, - dedi Qamğrelidze.

Qamğrelidzenin dediyinə görə, 700 milyon adamı iki dəfə peyvənd etmək üçün ölkənin 3,5-3,9 milyon doz aşıya ehtiyacı var.

“Ölkədə 3 peyvəndimizin olduğunu bilirsiniz. Artıq 14 min insanın aşılandığı "Pfizer", 2-ci gündür ki, bunun ikinci ineksiyası ilə aşılama başladı, təxminən 20 min insanın aşılandığı "Astrazeneca", 15 maydan etibarən “Astrazeneca” ilə ikici aşılamağa başlayacağıq.

Sinofarm ilə aşılama 4 mayda başlayacaq, bu dünya miqyasında təxminən 150 milyon insanın aşılandığı Çin peyvəndidir. Bu peyvəndimiz 100 min dozadır, tezliklə ikinci Çin vaksini 100 min doza gələcək və iyun-iyul aylarında əlavə yarım milyon doza Sinofarm olacaq.

Bundan əlavə, hazırda 86 min doza "Astrazeneca" idxal olunur. “Pfizer”, “Novavax” və bir neçə peyvənd tədarükü ilə danışıqlar aparılır.

700 milyon insanı iki dəfə aşılamaq üçün bu il təxminən 3.5-3.9 milyon doza peyvənd toplamalıyıq. Bunu birlikdə etsək, əmin ola bilərik ki, ilin sonunda ölkədəki epidemiyaya, kovidin səbəb olduğu ölümlərə son qoyacağıq və tədricən ölkə normal həyat ritminə qayıdacaq", - Qamğrelidze dedi.

Bizimlə əlaqə saxlayın