23 
Apr
2021
14:28
222

Amiran Qamğrelidze: “Bu pandemiya kütləvi aşılama baş tutmadan bitməyəcək"

“Bu pandemiya kütləvi aşılama baş tutmadan bitməyəcək. Bu il bir-birimizin dəstəyi ilə yetkin əhalinin 60% -ni aşılamalıyıq”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, iyul ayı üçün hər gün 10.000-12.000 aşılamaya qədər çıxmaq lazımdır ki, bizi lazımi hədəfə aparsın.

"Keçən il, epidemiya başlayanda Kvemo Kartli bizim üçün əsas hədəflərdən biri idi, bir neçə ciddi klasterlərimiz var idi, ancaq yerli rəhbərliklərlə birlikdə bunu ləyaqətlə bacardıq. Bu il digər bölgələrlə müqayisədə burada daha sakitlikir və hər şey idarəyə tabedir, bununla birlikdə profilaktik tədbirlər gücləndirilməlidir: maska taxmaq, distansiya, böyük toplantılardan qaçınmaq və s. Bu gün bələdiyyə başçıları, ictimai səhiyyə xidmətləri ilə toplantımız oldu və bir çox mövzuda danışdıq.

Bu gün ikinci böyük məsələ aşılamanın aktivləşdirilməsidir, çünki bu pandemiya kütləvi aşılama baş tutmadan bitməyəcək. Bu il bir-birimizin dəstəyi ilə yetkin əhalinin 60% -ni aşılamalıyıq. Bugünkü məlumatlara görə, 35.000 qədər adam aşılanmışdır, dünən ən yüksək göstəriciyə sahib olduq və 24 saat ərzində 1600-ə qədər adam aşılandı, ancaq bu kifayət deyil", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər