15 
Apr
2021
11:19
1490

Vətəndaşlığından aslı olmayaraq bu ölkədən gələnlər məcburi karantinə alınacaq

Vətəndaşlığından asılı olmayaraq Hindistandan gələn hər kəs mənfi PCR test nəticəsi təqdim etməklə yanaşı məcburi 14 günlük karantinə məruz qalacaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət administrasiyası yayır.

Məlumata görə, Gürcüstan hökumətinin "Təcridetmə və Karantin Qaydalarının Təsdiqinə Dair" qərarında dəyişiklik edildi və nəticədə Hindistan Respublikasından gələn, vətəndaşlığından və tam peyvəndlənmə kursundan asılı olmayaraq hər hansı bir şəxs Gürcüstana ziyarətindən əvvəl son 72 saat ərzində keçirilmiş PISAR testinin mənfini cavabını sərhəddə təqdim etməli, daha sonra isə öz xərcləri ilə məcburi 14 günlük karantində qalmalı olacaqlar.

"Artıq qüvvəyə minmiş dəyişikliklərə görə, Hindistandan Gürcüstana gələn hər hansı bir şəxs sərhəddə hər hansı bur növ kovid vaksini vurdurduğunu təsdiqləyən sənəd təqdim edəcək, Hindistan Respublikasından Gürcüstana gələn tələbələr isə vətəndaşlığına və hər-hansı bir növ kovid vaksinini vurdurmasına baxmayaraq, əlavə olaraq son 72 saat ərzində keçirilmiş PISAR testinin mənfi cavabını təqdim etməli olacaqlar və 14 günlük məcburi karantinə məruz qalacaqlar.
Fərmana əsasən, 14 aprel tarixində Hindistan Respublikasından gələn xarici tələbələrin (vətəndaşlığından asılı olmayaraq) karantin xərcləri yalnız bir dəfə, cəmi 6 gün müddətinə maliyyələşdiriləcək və qalan 8 gün ərzində karantin xərclərini öz xərcləri ilə ödəməli olacaqlar", - deyə hökumət rəhbərliyi bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər