Qəsdən adam öldürməyə cəhd ittihamı ilə əlaqədar bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində keçmiş məhkum 1995-ci il təvəllüdlü L.K.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə əlaqədar saxlayıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Cinayətdə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
“İstintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs 9 aprel tarixində, Batumidə qarşıdurma zamanı 1967-ci il təvəllüdlü N.Ş.-ya soyuq silahdan istifadə edərək kürək nayihəsinə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı qadın tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi yoxdur.
Polis təqsirləndirilən şəxsi hakimin qərarı əsasında Batumidə saxlayıb.
Cinayət aləti - bıçaq sübut kimi götürülüb.
Qəsdən adam öldürməyə cəhd faktı ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə davam edir”, - deyilir məlumatda.


