05 
Apr
2021
11:08
536

Gürcüstanda iki qardaşı öldürən şəxs saxlanıldı

İmereti polisi Cğaltubo bələdiyyəsində iki kişinin öldürülməsi faktını açıb - bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.

İdarədən verilən məlumata görə, saxlanılan şəxs hadisə yerində şifahi qarşıdurma nəticəsində, öz qohumu qardaşlara ov tüfəngindən atəş açaraq yaralayıb və hadisə yerindən qaçıb.

“Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Dedektivlər Baş İdarəsinin əməkdaşları, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü Ğ.M.-nı isti təqib nəticəsində saxladı.

İstintaq nəticəsində müəyyən oldu ki, aprelin 4-də təqsirləndirilən şəxs Cğaltubo bələdiyyəsinin Rioni kəndində qohumu qardaşlara - 1984-ci il təvəllüdlü A.M. və 1985-ci il təvəllüdlü A.M.-ya ov tüfəngi ilə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanan hər iki şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Hüquq-mühafizə orqanları Ğ.M.-nı hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxs kimi saxladı.

Polis cinayətin silahını - ov tüfəngini sübut kimi götürdü.

Ğ.M. ağırlaşdırılmış şəraitdə qəsdən 2 nəfərin öldürülməsində ittiham olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsinin A bəndi ilə davam edir, bu da ağırlaşdırılmış şəraitdə 2 və ya daha çox şəxsin qəsdən öldürülməsini nəzərdə tutur.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur”, - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın