Komendant saatının ləğvi tələb olunur
"Komendant saatı" əleyhdarları parlament binası qarşısında aksiya keçirir.
InterPress.ge xəbər verir ki, etirazçılar Tbilisidə fərqli yerlərdə toplaşaraq Parlamentə doğru yürüş ediblər.
"Qirçi - Daha çox Azadlıq"ın üzvləri və tərəfdarları Vake parkı yaxınlığında toplaşıblar. "Utancdır" hərəkatı və müxtəlif təşkilatlar - "Lelo" Saburtaloda, Vaso Qodziaşvili Parkında, "Avropalı Gürcüstan"ın nümayəndələri isə TSU yaxınlığında toplaşıblar.
Etirazçıların dediklərinə görə, kovid məhdudiyyətlərlə əlaqədar tətbiq olunan bütün cərimələrin ləğv edilməsini tələb edirlər.
Etirazçılar hərəkəti məhdudlaşdırmanın pandemiya ilə mübarizə üçün təsirli bir yol olmadığını və hökumətin siyasi qərarlar verdiyini söyləyirlər. Onların dediklərinə görə, gecə boyunca parlament yaxınlığına qalacaqlar və "komendant saatı"nı pozacaqlar.


