02 
Apr
2021
10:42
335

İstintaq Xidməti külli miqdarda vergidən yayınma faktları aşkar etdi

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vergidən yayınma ilə bağlı iki fakt aşkar ediblər və iki şirkətin rəhbərlərini təqsirləndirilən şəxs qismində ittiham ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

"İstintaq nəticəsində müəyyən edildi ki, Tbilisi və Batumidə fəaliyyət göstərən şirkətin rəhbərləri, vergi qanunvericiliyinə zidd olaraq sistematik olaraq gəlirləri səhv göstəriblər, beləliklə külli miqdarda vergi ödəməkdən yayınıblar”,- deyilir İstintaq Xidmətinin məlumatında.

Qurumdan verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutan 218-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər