Ekaterine Dqebuadze məktəblərə monitorinqini davam etdirir
Gürcüstanın Təhsil və Elm Nazirliyi ölkə daxilindəki məktəblərə monitorinqini davam etdirir.
InterPress.ge xəbər verir ki, nazirin birinci müavini Ekaterine Dqebuadze bu dəfə Batumi və Kobuleti dövlət məktəbləri ziyarət edib və Acarıstanın Təhsil, Mədəniyyət və İdman naziri Maia Xacişvili ilə birlikdə ümumi təhsil müəssisələrində virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirləri şəxsən qiymətləndirib.
Təhsil Nazirliyindən verilən məlumata görə, Ekaterine Dqebuadze və Maia Xacişvili şagirdlər və müəllimlərlə söhbət edib və pandemiya şəraitində təhsil prosesi ilə bağlı vacib məsələləri müzakirə edib.
Acarıstandakı təhsil prosesi sanitar-gigiyena normalarına uyğun aparılır və tələbələrin davamiyyət nisbəti olduqca yüksəkdir. Ekaterine Dqebuadzenin sözlərinə görə, Acarıstan bölgəsində virusun yayılmasının müsbət dinamikasını qorumaq və tədris prosesini siniflərdə davam etdirmək üçün məktəb icmasının hər bir üzvünün Nazirlik tərəfindən verilən tövsiyələrə ciddi əməl etməsi vacibdir.
Ekaterine Dqebuadze hər məktəb direktoruna, rəhbərliyə və müəllimlərə pandemiya zamanı qeyri-adi gerçəkliyə uyğunlaşdıqlarına görə təşəkkür edib. Uzaqdan təhsildə bir çox problemə baxmayaraq, onların təlim prosesini düzgün şəkildə, müvəffəqiyyətlə təşkil etdiklərini söyləyib.
Keçən həftəki məlumatlara görə Acarıstan da daxil olmaqla, ölkədəki məktəblərdə virusa yoluxma nisbəti aşağı olaraq qalır. Hazırda Acarıstan bölgəsində tam məsafəli təhsilə heç bir məktəb keçməyib. Ayrı-ayrı siniflərə gəldikdə, yalnız 5 sinif məsafəli formatda təhsillərini davam etdirir.


