22 
Mar
2021
14:07
328

Aleko Elisaşvili Qaxarianın siyasətdə qalmasına münasibət bildirdi

"Bildiyim qədəri ilə Qiorqi Qaxaria siyasi partiya qurmağı düşünür və bəzi məsləhətləşmələr aparır".

InterPress.ge xəbər verir ki, bu barədə "Vətəndaşlar”ın lideri və müxalifətçi millət vəkili Aleko Elisaşvili deyib.

Onun sözlərinə görə, Qaxaria müxalifətə qoşulsa, Gürcüstanın siyasi həyatı çox maraqlı olacaq.

“Gürcüstanın siyasi həyatı Qaxaria müxalifətə qoşulduqdan sonra və onu müxalifət partiyasının lideri kimi gördükdən sonra daha maraqlı olacaq. Keçmiş Baş nazirin müxalifət partiyasının lideri kimi necə olacağını izləmək çox maraqlı olacaq. Parlamentdə bir az dəstəyinin olduğu deyilir. Onun kadrının kim olduğunu dəqiq bilmirəm. Ciddi bir fiqurdu. Müxalifətdə ciddi bir fiqur olmağı bacarıb-bacarmayacağını, zaman göstərəcək", - Aleko Elisaşvili deyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri Qiorqi Qaxaria Cavkisidəki evində jurnalistlərə siyasətdən getməyə hazırlaşmadığını deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər