21 
Mar
2021
22:24
998

Marneulidə Novruz bayramı qeyd olundu - VİDEO

Bu gün Marneulidə yerli bələdiyyə tərəfindən Novruz bayramının qeyd olunmamasına baxmayaraq Marneulidə yerləşən "Ata Holdinq" parkında Novruz bayramı qeyd olundu.

InterPress.ge xəbər verir ki, Novruz şənliyi Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə həyata keçirildi.

Yerli əhali qoyulan məhdudiyyətlərə baxmayaraq bayramın qeyd edildiyi əraziyə toplaşaraq Novruzu qeyd etdilər. Parkda Novruzu özündə əks etdirən atributlar, tonqal tədbirə bir başqa gözəllik qatırdı.

Tədbirdə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtağı Əsədov, ictimai fəalçılar, ziyalılar və s. Çıxış edərək bütün türk dünyasını Novruz bayramı münasibətilə təbrik edərək arzu, diləklərini dilə gətirdilər.

Marneulidə azərbaycanlılarla bərabər Novruz bayramını qeyd etmək üçün Ali Şuranın üzvü, hüquqşünas Ana Dolidze də Marneulidə idi. Bayramda tonqalı qalamaq hörmət əlaməti olaraq Ana Dolidzeyə verildi. O, tonqalı qalayaraq arzularını bayram tədbiri iştirakçıları ilə bölüşdü.

Qeyd edək ki, 2010-cu ildə BMT-nin baş assambleyası Novruz bayramını beynəlxalq gün elan etdi. 2009-cu il 28 sentyabrda Yunesko sammitində Novruz bayramını bəşəriyyətin mədəni irs siyahısına daxil etdilər. 2010-cu ildə isə Novruz bayramı Gürcüstanda ümumi xalq bayramı elan olundu.

Novruz şənliyindən görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın