Saakaşvili Novruz bayramı münasibətilə Azərbaycan dilində təbrik yazdı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Novruz bayramı münasibəti ilə təbrik statusu yazıb.
InterPress.ge xəbər verir ki, o, bu barədə öz rəsmi Facebook səhifəsində qeyd edib.
Təbrik statusunu olduğu kimi təqdim edirik:
"Mənim əzizlərim,
Sizi Novruz bayramı münasibəti ilə təbrik etmək istəyirəm ... Ailələrinizə sülh və xoşbəxtlik arzulayıram.
Gürcüstanın bir çox vətəndaşı tərəfindən qeyd olunan bayram münasibətilə təbrik edirəm, çünki siz vətənimizin ayrılmaz hissəsisiniz və zəfərimiz, ağrımız və sevincimiz ortaqdır.
On bir il əvvəl, Novruz Bayramı ortaq bu günümüz və ortaq gələcəyimiz olduğuna işarə olaraq Gürcüstanın milli bayramı elan etdik; Daha yaxşı Gürcüstan uğrunda mübarizədə birlikdə olduğumuza bir işarə kimi.
Novruz Bayramı yeni bir günün, yeni bir həyatın bir qeydidir. İndi, əvvəllər heç olmadığı kimi, bizim vətənə bizim sadiqliyimiz lazımdır ki, Gürcüstanda yeni bir səhəri birgə açaq və bizim vətənə yeni bir həyat bəxş edək.
Sizi və ailənizi sevgi ilə təbrik edirəm.
Gürcüstanda görüşənədək".


