19 
Mar
2021
10:18
300

Gürcüstanda səfərdə olan Danielsson ölkəni tərk edir

"Bəzi mövzularda irəliləyiş var, amma konsensus əldə olunmayan məsələlər də var".

InterPress.ge xəbər verir ki, müxalifət və iqtidar arasında keçirilən görüşdən sonra brifinqdə Christian Danielsson belə deyib.

Məlumata görə, Avropa Şurası Prezidenti Charles Michel-in şəxsi nümayəndəsi Christian Danielsson-un vasitəçiliyi ilə "Gürcü Arzusu" ilə müxalifət arasında təxminən on saat davam edən görüş uğursuz nəticələnib.

"Prezident Michel-in şəxsi nümayəndəsi olaraq bütün bu həftə çox çətin danışıqlarda iştirak etdim. AB və ABŞ tərəflərin razılığa gəlmələri və Gürcüstanda mövcud siyasi böhrana son qoymaları üçün çox çalışdılar. Siyasi böhranın sona çatması Gürcüstan liderləri üçün koronavirus pandemiyasının sona çatması və onun sosial və iqtisadi nəticələrinə diqqət yetirmək, AB gündəmində irəliləmək və Gürcüstanın bölgədəki təhlükəsizlik maraqlarını müdafiə etmək fürsəti tapmalarını ifadə edirdi. Bunlar ölkənin üzləşdiyi real problemlərdir. Prezident Michel-in qoyduğu 6 maddəlik planla əlaqədar bəzi məsələlərdə ciddi irəliləyiş əldə edildi. Böhranla əlaqəli problemlərin həlli üçün üçün bu təqdirəlayiq və vacibdir. Digər məsələlərə gəlincə, daha az irəliləyiş var idi", - Danielsson bildirib.

Danielsson bu gün, 19 martda Gürcüstanı tərk edir.

Məlumat üçün bildirək ki, Avropa Şurası Prezidentinin Şəxsi Nümayəndəsi Christian Danielsson 12 martda Gürcüstana gəldi.

Bizimlə əlaqə saxlayın