17 
Mar
2021
16:30
598

Tbilisidə Novruz ilə əlaqədar təntənəli tədbir keçirildi

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Novruzun qeyd olunmasına həsr olunmuş şənlik tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin və muzeyin dəstəyi ilə həyata keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin səfiri Fatma Ceren Yazqan, Socar Energy Georgia-nın baş direktoru Mahir Məmmədov, Qazaxıstan və Türkmənistan səfirliklərinin nümayəndələri, Tbilisi Şəhər Şurası, meriya nümayəndələri, Gürcüstan parlamentinin üzvləri və bir sıra dövlət qurumları qeyd etmədə iştirak edib.

Tədbir salonu Azərbaycanın milli elementləri olan "Novruz Xonça”sı, xalçalar, məişət əşyaları ilə bəzədilib və qonaqlar Azərbaycan mətbəxinin nümunələri və şirniyyatlar ilə qarşılanıb.

Qonaqlar Azərbaycan milli rəqslərindən, musiqilərindən, "Ceyran" və "Sarvan" ansambllarının ifasında aşıq mahnılarından zövq almaq imkanı qazanıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər