16 
Mar
2021
10:57
759

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 537 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 275 685 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 128 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 268 693 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 8 nəfər ölüb və ölənlərin ümumi sayı 3 658 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 29 652 test aparılmışdır. Bunlardan 22 203-ü sürətli antigen testi, 7 449-u isə PCR testidir.

Bizimlə əlaqə saxlayın