09 
Mar
2021
16:29
1950

Parlament sədri əhaliyə müraciət etdi

“Aşılamaya qədər maska ən təsirli qoruma vasitəsidir, buna görə cəmiyyətimizin hər üzvünü maska taxmağa çağırıram. Hamımız səhiyyə xidmətlərinin verdiyi tövsiyələri mümkün qədər yerinə yetirməliyik".

InterPress.ge xəbər verir ki, bu barədə Parlament sədri Arçil Talakvadze Büro iclasında bildirib.

Arçil Talakvadzenin sözlərinə görə, hökumət ölkəyə peyvəndi vaxtında gətirmək üçün hər şeyi edir. Parlament sədri maska taxmağın vacibliyini və səhiyyə xidmətlərinin verdiyi tövsiyələrə əməl etməyi vurğulayıb.

"Səhiyyə Nazirliyindən peyvəndləmə ilə bağlı yenilənmiş məlumat aldıq və hökumət Gürcüstanın peyvəndi vaxtında əldə etməsini təmin etmək üçün əlindən gələni edir, çünki bu da öz növbəsində sosial, iqtisadi və mədəni proseslərin açılması və iqtisadi bərpa ilə əlaqədardır. Mən cəmiyyətimizin hər bir üzvünə maskdan istifadə etmək üçün maksimum məsuliyyət götürməyə və səhiyyə xidmətlərinin gündəlik həyatımıza aid verdiyi tövsiyələri nəzərə almağa çağırıram", - dedi Talakvadze.

Bizimlə əlaqə saxlayın