08 
Mar
2021
11:03
285

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Çxenkeli qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, məlumat Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən yayılır.

“Əziz xanımlar, sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Düşünürəm ki, ictimai həyatda aktiv iştirakınız böyük əhəmiyyətə malikdir. Müsbət dəyişikliklər və sülh quruculuğu baxımından qadınların cəmiyyətdəki rolu ölçüyəgəlməzdir. Bu gün Gürcüstanda bir çox qadının gələcək nəslimizi böyütməsi və layiqli vətəndaş olması üçün göstərdiyi xidmətə görə şadam. Həmçinin qadınlar mədəniyyət və idmanın inkişafına böyük töhfə verirlər ki, bu da çox qürurvericidir. Xidmətiniz üçün sizə təşəkkür etmək istəyirəm.

Bütün qadınlara can sağlığı, xoşbəxtlik və ölkənin rifahı naminə böyük uğurlar arzulayıram”, - nazirin təbrik məktubunda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər