06 
Mar
2021
14:52
4348

Marneulidə dəhşətli hadisə: Kişi özünü güllələdi

Marneulidə 71 yaşında kişi özünü güllələyib.

InterPress.ge-nin əldə etdiyi məlumata görə, o, özünü ov tüfəngi ilə ağzından güllələyib.

Hadisə zamanı evdə ailə üzvlərindən heç kim olmayıb. Həyat yoldaşı evə gələndə kişini ölmüş halda tapıb.

Hadisənin digər təfərrüatları məlum deyil.

Hazırda mərhumun cəsədinin ekspertizaya aparılması gözlənilir.

Bizimlə əlaqə saxlayın