06 
Mar
2021
14:16
2621

Bu tarixdən etibarən Gürcüstanda havalar yenidən pisləşəcək

"Sabahdan etibarən Gürcüstanda hava pisləşəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən Sveta Nioradze məlumat verib.

“Sabah Gürcüstanda soyuq və nəmli hava kütlələrinin yayılması gözlənilir. Bu gün Gürcüstanın qərbində 20 dərəcəyə qədər isti gözlənilirsə, sabah havanın temperaturu kəskin enəcək və aran bölgələrində yalnız 3-8 dərəcə isti olacaq. Gürcüstanın qərbində qar yağacağını gözlənilir, Qara dənizin sahil bölgələrində külək güclənəcək. Bu, yalnız dəniz kənarına deyil, həm də Kürün sahil yanlarınada aiddir. Şimal-qərb küləyi Tbilisinin ətraf bölgələrində 30 m / s-yə qədər ola bilər. Dənizdə fırtına gözlənilir.

Külək qısa müddətli olacaq və yalnızca sabah gözlənilir. Sabah Gürcüstanın qərbində havanın temperaturu enərsə, martın 8-də Şərqi Gürcüstanda da bu göstərici sürətlə enəcək. Tbilisi də daxil olmaqla, əsasən qar şəklində yağış gözlənilir. Sabah Gürcüstanın qərbində və şərqində küləyin olacağı gözlənilir. Bazar ertəsi Tbilisidə buludlu, dumanlı, soyuq hava olacaq və qar və ya çovğun şəklində yağış yağacağı gözlənilir, buna baxmayaraq külək olmayacaq”, - deyə Hidrometeoroloji Proqnozlar Bölməsinin rəhbəri Sveta Nioradze bildirib.

Bizimlə əlaqə saxlayın