04 
Mar
2021
20:00
1506

Gürcüstanın qabaqcıl Pirveli TV kanalı işğaldan azad edilmiş torpaqlardan erməni vəhşiliklər haqda süjet yayımladı - VİDEO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlərin və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilmişdi.

InterPress.ge xəbər verir ki, səfər 27 fevral tarixindən başlayaraq, 1 mart 2021-ci il tarixinədək davam etdi.

Gürcüstanın qabaqcıl Pirveli TV, Mtavari Arxi, İmedi TV, POS TV kanallarının jurnalistləri tərəfindən səfər çərcivəsində işğaldan azad olunmuş Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə və Kəlbəcər rayonları, həmçinin, Suqovuşan və İstisuda çəkilişlər aparıldı.

Gürcü jurnalistlər və ekspertlər Azərbaycanın müzəffər ordusu və Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində işğaldan yeni azad olunmuş torpaqlarını gəzərək şahidi olduqları ermənilərin vandal hərəkətlərini sübut edən vəziyyəti, Azərbaycanın mədəniyyətinə, tarixinə edilən hörmətsizliyi şahid olaraq öz təəssüratlarını yüksək emosiyalarla süjetə çevirdilər. Gürcü jurnalistin yağı düşməni separatçı adlandırmağı da bir həqiqət və qondarma Ermənistan rejiminin necə bir vəhşiliklərə əl atdıqlarının sübutudur.

Gürcü jurnalistin dediyinə əsasən, məscidləri silah-sursat saxladıqları yerə çeviriblər və mədəniyyət mərkəzini heyvan saxlamaq üçün istifadə ediblər. Süjetdə həmçinin 75 yaşlı qadın da birinci vətən müharibəsində qondarma rejim tərəfindən törədilən vəhşilikləri, şahidi olduğu hadisələri olduğu kimi süjetdə dilə gətirib. O, süjetdə Azərbaycan qadınının qorxmazlığını, cəsarətliliyini, mərdliyini jurnalistlərə bəhs edib.

Daha sonra ekspertlər öz fikirlərini bildirməklə Azərbaycana dəstək olduqlarını, Azərbaycanın haqlı tərəf olduğunu nümayiş etdiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər