"Vahid Milli Hərəkat" partiyasının ofisinə hücum oldu
Qoridə "Vahid Milli Hərəkat"partiyasının ofisinə hücum olunub.
InterPress.ge xəbər verir ki,bu haqda məlumatı partiya üzvü Badri Basişvili verib.
Basilaşvilinin məlumatına görə,partiya ofisinə hücumu təxminən bir neçə insan həyata keçirib.
"Bildiyim qədərilə qrup şəklində bir neçə şəxsin iştirakı ilə planlaşdırılmış hücumdur. Böyük ehtimalla hücum edənlər " Gürcü arzusu"nun fəalçıları olub.2012-ci ildən bu artıq 6-cı faktdır ki,baş verir.Hücumlar tez-tez Ğaribaşvilinin baş nazirliyi dövründə də baş verirdi. Ğaribaşvili yenə baş nazir vəzifəsinə təyin edildi və bu hadisə yenidən yaşandı.Yəqin ki,bu kimi halların davam etməsini gözləyəcəyik.
İnventarlara ziyan dəyib,şüşələr sındırılıb. Məndə olan məlumata görə polis artıq faktla bağlı bir neçə şəxsi həbs edib"-Basişvili.
Hadisənin yaşandığı ərazi sarı lentlə mühasirəyə alınıb və hüquqmühafizəçilər hadisə yerində işləyirlər.
Daxili İşlər Nazirliyinin məlumatına görə,istintaq əşyaya ziyan vurmaq və ya məhv etmə faktını nəzərdə tutan Gürcüstanın Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə başladılıb.


