01 
Mar
2021
21:31
362

Səhiyyə naziri Covax platformasının bugünkü açıqlamasına münasibət bildirdi

"Covax" platforması ilə əlaqə zamanı Gürcüstan tərəfindən hər hansı bir səhvə yol verilməyib".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterina Tikaradze " Rustavi 2" telekanalının efirində qeyd edib.

Onun sözlərinə görə, platformadan sözügedən ittihamları geri çəkməyini gözləyirlər.

Tikaradze eyni zamanda Gürcüstanın "Covax" platformasını şikayət edəcəyini istisna etmir.

"Səhiyyə Nazirliyi bu gün Covax platformasının İnterpressNews-un ünvanladığı suala nəyə görə bu cür cavab verdiyinə görə, izahat tələb etdik. Qeyd edim ki, 18 sentyabrdan sonra "Covax" platforması il əlaqə qurduğum zaman bizim tərəfimizdən heç bir səhvə yol verilməyib. "Covax" platforması ilə Bosniya arasında bənzər anlaşılmazlıq yaşanmışdı və Bosniya platformanı şikayət etmişdi.

Hal-hazırki mərhələdə platformadan ittihamları geri çəkməyi gözləyirik çünki bənzər hal həqiqətən də mövcud olmayıb. Məhz bundan sonra əlaqəmizə davam edəcəyik.

Reputasiya risklərindən söhbət getdiyinə görə, şikayəti istisna etmirəm çünki, bu ölkədə mövcud siyasi vəziyyətin gərginliyindən dolayı müxalifət tərəfindən eskalasiya üçün istifadə edilir ki, Gürcüstanda vəziyyət daha da gərginləşsin. Ancaq Səhiyyə Nazirliyi buna icazə verməyəcək, müxalifət sadəcə bir ittihamdan istifadə edəcək" - Tikaradze.

Qeyd edək ki Covax platforması İnterpressNews-un "Gürcüstan fevral ayında nəyə görə peyvənd ala bilmədi" sualına platforma belə cavab verib : Peyvəndlər fevral ayında onlar tərəfindən nəzərdə tutulmuş meyarlara cavab verən ölkələrə göndərilib. Göndərilmələrin əsas hissəsi isə mart ayında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın