Parlament qarşısında keçirilən aksiyada saxlanılan bütün şəxslər sərbəst buraxılıb
Parlament qarşısında keçirilən aksiyada saxlanılan bütün şəxslər girov müqabilində sərbəst buraxılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.
DİN aksiyanın təşkilatçılarını və iştirakçılarını ictimai asayişi qorumağa çağırıb.
“Bu gün qanunverici orqan qarşısında müxtəlif etiraz aksiyaları keçirilərkən, hüquq-mühafizə orqanları İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi (hüquq-mühafizə orqanının əməkdaşının qanuni tələbinə tabe olmamaq) faktı ilə əlaqədar 25 nəfər saxladı. Çoxsaylı çağırışlara və xəbərdarlıqlara baxmayaraq, etirazçılar Daxili İşlər Nazirliyi nümayəndələrinin qanuni tələbinə tabe olmadılar, qanunsuz hərəkətlərinə davam etdilər və nəticədə saxlanıldılar. Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını ictimai asayişi qorumağa, ağır təxribatlı hərəkətlərdən, polis məmurlarına qarşı şifahi təhqirlərdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmağa çağırır. Polis tərəfindən hər hansı qanun pozuntusu faktının, qanun çərçivəsində dərhal qarşısı alınacaq. Bütün dindirmələrdən sonra saxlanılanlar, girov müqabilində sərbəst buraxıldı" - Daxili İşlər Nazirliyi bildirib.


