Nazir brifinqdə komendant saatının götürülməsi ilə bağlı açıqlama verdi
İqtisadiyyat və Davamlı İnkişaf Naziri, Gürcüstanda gecə hərəkət məhdudiyyətlərini azaltmaq planlarının olub-olmadığına aydınlıq gətirib.
InterPress.ge xəbər verir ki, Natia Turnava, Koordinasiya Şurasının növbəti iclasından sonra keçirilən brifinqdə bu mövzuda danışıb.
O, noyabr ayında tətbiq olunan nöqtə məhdudiyyətlərinin hökumətə iqtisadi fəaliyyəti açmasına imkan verdiyini söyləyib.
"Məhz bu qərara görə bu gün azaldılma barədə danışa bilərik. Çünki bu elə bir qadağanedici tədbir idi ki, digər ölkələrdə və Gürcüstanda bizə müsbət effekt verdi. Əlbətdə ki, onun yüngülləşdirilməsi və ya ləğvi barədə müzakirədən əvvək böyük bir təhlil aparılmalıdır, çünki hər şeyi bir anda yüngülləşdirmək olmaz. Hələ bu barədə müzakirə yoxdur", - dedi nazir.
Onun sözlərinə görə, bu mərhələdə hökumət üçün prioritet qapalı sahələrin açılmasıdır, məsələn, uşaq bağçaları, idman zallarının açılması və şəhərlərarası nəqliyyatın işinin bərpa edilməsidir.
“Güman ki, gecə məhdudiyyətlərini ən sona saxlayacağıq. Tələsməməliyik, çünki ehtiyatsız bir addım problem yarada bilər və bizi çox istəmədiyimiz bir şeyi geri gətirməyə məcbur edə bilər" - dedi Turnava.


