Çerçvadze koronavirus peyvəndinin ölkəyə gətirilməsi ilə bağlı məlumat paylaşdı
“Gürcüstan, ən yüksək keyfiyyətli COVID-19 (Pfizer-BioNTech) peyvəndinin ilk partiyasını ən qısa müddətdə, ehtimal ki, 30 min doza alacaq və sonra mərhələli şəkildə əvvəlcə yüksək riskli şəxslər və sonra bütün əhali üçün tələb olunan aşı miqdarını alacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çeçvadze bildirib.
Tengiz Çertçvadzenin sosial şəbəkədə yazdığına görə, artıq ölkədə milli peyvəndləmə planı hazırlanıb və təsdiqlənib, peyvəndləmə prosesinin təhlükəsiz və problemsiz həyata keçirilməsi üçün müvafiq infrastruktur və ixtisaslı tibb işçiləri hazırlanıb.
"İnkişaf etməkdə olan ölkələrdən biri olan Gürcüstanın (məlumatımıza görə, ilk beşlikdə) ən yüksək keyfiyyətli KOVID-19 peyvəndinin (Pfizer-BioNTech) ilk partiyasını ən qısa müddətdə alacağı rəsmən təsdiqləndi, ehtimal ki, 30 min doza, sonra da mərhələli şəkildə ilk növbədə yüksək riskli fərdlər və ardından bütün əhali üçün lazım olan aşı miqdarını alacaq.
Bu, ölkə rəhbərliyinin, şəxsən Baş nazirin, Səhiyyə Nazirliyinin və Xəstəliklərə Nəzarət Mərkəzinin vaxtında və məqsədyönlü səyləri nəticəsində mümkün oldu.
Ümumdünya Səhiyyə Təşkilatına və ölkənin səylərini dəstəkləyən bütün beynəlxalq qurumlara təşəkkür edirəm.
Ölkədə Milli Peyvəndləmə Planının hazırlanıb təsdiqlənməsi, müvafiq infrastrukturun və ixtisaslı tibb işçilərinin hazırlanması əhəmiyyətlidir ki, əhalinin peyvəndləmə prosesi təhlükəsiz və problemsiz həyata keçirilsin.
Əhalinin aşılanması, KOVID-19 hallarının və bunun nəticəsində ölkədə baş verən ölüm hallarının azaldılmasının,həmçinin bütün məhdudiyyət və qaydaların tədricən və təhlükəsiz şəkildə qaldırılmasının ən effektli yoludur.
Gürcüstanın bütün əhalisini peyvəndin ilk partiyasının qəbul edilməsi münasibətilə təbrik edirəm. Bu, pandemiyanın bitməsinin başlanğıcıdır",- deyə Tengiz Çerçvadze sosial şəbəkədə yazıb.


