16 
Mar
2020
09:25
667

London birjasında “Brent” və WTI markalı neftin qiyməti ucuzlaşdı

Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçerslərinin bir barel üçün qiyməti 32,11 ABŞ dollarına qədər ucuzlaşıb.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 02:40-da “Brent” markalı neftin 2020-ci ilin may fyuçerslərinin qiyməti 5,4faiz düşüb.

Eyni zamanda WTI markalı neftin də bir barelinin qiyməti 30,4 ABŞ dollarına qədər ucuzlaşıb.

Neftin qiymətləri ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirməsi fonunda ucuzlaşıb. FED koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb.

Qeyd edək ki, martın 13-də Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarında neftin qiyməti ciddi azalmadan sonra tədricən artmağa başlamışdı. Həm “Brent”, həm WTI markalı neftin qiymətində artım qeydə alınmışdı.

“Brent” markalı neftin may fyuçerslərinin qiyməti həmin gün bir barel üçün 34 ABŞ dolları həddini keçmişdi. WTI markalı neftin fyuçersləri isə 32,53 dollar/barelə çatmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər