27 
Yan
2021
18:52
958

Nazir peyvəndin nə vaxt Gürcüstanda olacağı haqda açıqlama verdi

"Səhiyyə Nazirliyindən bütün tibb müəssisələrinə, orada çalışan işçilərin ətraflı siyahılarının verilməsi üçün müraciət göndərilib".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd alındıqdan sonra aşılama başlayacaq.

Nazirin sözlərinə görə, peyvəndin fevral ayının sonunda Gürcüstanda olacağı ilə bağlı gözlənti var.

“Bildiyiniz kimi aşılama planı təsdiqləndi. Konkret addımlar atmışıq. Birinci plan tibb işçilərinə aiddir. Artıq Səhiyyə Nazirliyindən bütün tibb müəssisələrində çalışan işçilərin ətraflı siyahılarının verilməsi üçün müraciət göndərilib. Bu siyahıları gözləyirik və peyvənd aldıqdan sonra artıq aşılamağa başlayacağıq.

Bildiyiniz kimi, peyvəndin birinci rübdə olacağını gözləyirik, daha doğrusu, gözləntimiz peyvəndin fevral ayının sonunda Gürcüstanda olacağıdır. Əhalinin vaxtında geniş aşılanmasına başlamaq üçün peyvənd həcmləri üzərində çalışırıq.

Söhbət yetkin əhalinin 60%-dən ibarətdir. Davamlı olaraq mütləq rəqəmləri dəqiqləşdirirəm, bu da yetkin əhalinin 1.600.000 - 1.700.000 arasındadır. 20%-i "Kovals platforması" ilə təmin ediləcək, qalan hissəsini başqa bir istehsalçıdan alacağıq. Ayın sonunda "Kovaks Platforması"ndan cavab gözləyirik, 30 yanvarda əlavə məlumat əldə edəcəyik",- dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər