Gürcüstanda yanvar ayının 15-dən sonra məhdudiyyətlər uzadılacaqmı? - AÇIQLAMA
"Məhdudiyyətlərin 16 yanvar tarixindən sonra uzadılması məsələsi bu mərhələdə müzakirə edilməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarək Milli Mərkəzinin rəhbər müavini Paata İmandze bildirib.
Imnadzenin sözlərinə görə, Yeni il gecəsində artan hərəkətliliyin epidemioloji vəziyyətə necə təsir edəcəyini müşahidə edəcəklər.
“Məhdudiyyətlərin uzadılması bu mərhələdə həqiqətən müzakirə edilmir. İndiyə qədər hər şey plana uyğun gedir, vəziyyəti müşahidə edəcəyik, 10-12 yanvar tarixlər üçün Yeni il gecəsinin nəticələri necə olacaq",- Paata Imnadze dedi.
Xatırladaq ki, İdarələrarası Koordinasiya Şurasının 26 Noyabrda verdiyi qərara uyğun olaraq, ölkədə sərtləşdirilən məhdudiyyətlər 15 yanvar tarixinədək qüvvədədir.


