30 
Dek
2020
22:33
4694

Komendant saatı müvəqqəti olaraq qaldırılır - Nazir açıqlama verdi

"Yeni il günündə məhdudiyyət qoyulmasa da hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox geniş, aktiv qeyd etmələrdən çəkinməliyik"

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin müavini, regional inkişaf və infrastruktur naziri Maia Çkitişvili deyib.

O, 31 dekabr saat 21:00-dən, bir yanvar 05: 00-a qədər hərəkət məhdudiyyətinin qaldırıldığını elan edib.

Çkitişvili, məhdudiyyətin müvəqqəti qaldırılmasına paralel olaraq, tövsiyələrə riayət edilməsinin vacibliyindən danışdı.

“Bildiyiniz kimi, Yeni il qabağı hazırlıqlar və Yeni il ilə əlaqədar olaraq, saat 21: 00-dan 05: 00-a qədər müəyyənləşdirdiyimiz hərəkət məhdudiyyəti bir günlüyünə qaldırılacaq və Gürcüstan vətəndaşları Yeni ili məhdudiyyət olmadan qeyd edə biləcəklər. Bununla birlikdə, əlbəttə ki, vətəndaşlarımızı ilk növbədə özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün mövcud olan bütün qayda və tövsiyələrə riayət etməyə çağırırıq. Yeni il ərəfəsində hərəkət etməyimiz məhdudlaşdırılmasa da, hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox geniş, aktiv qeyd etmələrdən çəkinməliyik.

Həmçinin Milad gecəsində hərəkət məhdudiyyəti götürüləcək. Buna görə ümid edirik ki, Milad gecəsini də qaydalara mümkün qədər riayət edərək qədər qeyd edə biləcəyik”,- dedi Maia Çkitişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər