Bu cərimələr silinəcək...
Məkan və memarlıq normalarının pozulmasına görə tətbiq olunan cərimələrin ləğvi planlaşdırılır.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər "Məkan Planlaşdırma, Memarlıq və İnşaat Fəaliyyəti Məcəlləsi" nə daxil edilmişdir.
Qanunda deyilir ki, müvəqqəti bina kabinəsinin tikintisi üçün bildiriş və ya tikinti icazəsi olmadan ictimai və / və ya bitişik ərazidə tikinti qaydaları pozuntusuna görə məsuliyyətə cəlb edilmiş şəxs cərimə və ya cərimə faizini ödəməyən və ya bir hissəsini ödəmiş olan şəxs cərimə, faiz və ödənməmiş hissəni ödəmək öhdəliyindən azad edilir. Qanun pozan şəxs, hansı ki, tikinti ilə əlaqəli qanun pozuntusu işinin icraatı başlamış və ya başlayıbda haqqında hökm açılmamışsa, həmin şəxs bu məcəllə ilə müəyyən edilmiş məsuliyyətdən azad ediləcəkdir.
Əlavə olaraq, dəyişikliklərə əsasən, məsuliyyətə cəlb edilmiş şəxs, hansı ki, cəza/cəza faizini ödəməmiş və ya bir hissəsini ödəmişdirsə, cərimə və ya cərimə faizi tətbiq edən sərəncam etibarsız sayılacaqdır.
Təşəbbüskarlar qanun layihəsinin hazırlanmasına səbəb kimi pandemiya şəraitindəki iqtisadi böhranı qeyd edərək, şəxslərin koronavirusla mübarizə və dövlət qaydalarına riayət etməyə yönəldildiklərini, bəzi hallarda inzibati istehsalın tarixləri ilə bağlı müəyyən qanun pozuntularına səbəb olduğunu qeyd ediblər.
Təşəbbüskarlar, qanun layihəsinin qəbul edilməsinin bələdiyyə büdcəsinin gəlir hissəsinə təsir edəcəyini izah edirlər, çünki tətbiq olunan cərimələr və cərimə faizləri təxminən 300 min GEL təşkil edir. Layihənin təşəbbüskarları parlament çoxluğunun üzvləri - Maia Bitadze, Beka Davituliani və Irakli Zarkuadır. Dəyişikliklərin müzakirəsi sürətləndirilmiş şəkildə planlaşdırılır.