10 
Mar
2020
22:41
1038

Gürcüstanın Kvemo Kartili bölgənin məktəblərində sanitar qovşağı yoxdur

Gürcüstanın Kvemo Kartli bölgəsində yerləşən 192 məktəbin daxilində sanitar qovşaq yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyindən bildirilib.

Bölgədə sanitar-gigiyenik vəziyyətin ən acınacaqlı olduğu rayon Marneulidir. Rayonun 72 məktəbinin daxilində sanitar qovşağı yaradılmayıb. Bu cür məktəblər yalnız Marneulinin kəndlərində deyil, bələdiyyənin mərkəzində də mövcuddur.

Kvemo Kartli bölgəsinə daxil olan Bolnisi rayonunda bu cür məktəblərin sayı 32, Tetritskaroda 18, Dmanisidə 23, Qardabanidə 22, Tsalkada isə təxminən 25 təşkil edir.

Agentlik koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sanitar qovşağı olmayan təhsil müəssisələrinin gigiyenik vasitələrlə təmin olunması üçün ümumi dəyəri 750 min lari olan tender elan edib.(report)

Bizimlə əlaqə saxlayın