28 
Dek
2020
13:25
367

Qamğrelidze: “Daha az təsdiqlənmiş koronavirus hallarının olması həftəsonu testlərinin az olması ilə əlaqədardır”

“Daha az təsdiqlənmiş koronavirus hallarının olması həftəsonu testlərinin az olması ilə əlaqədardır”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.

Onun sözlərinə görə, bununla birlikdə, xüsusən son iki həftədə ölkədə infeksiya nisbətində azalma var.

“Daha az təsdiqlənmiş koronavirus hallarının olması həftəsonu testlərinin az olması ilə əlaqədardır ki, bu da adi bir haldır. Həftə sonları tibb müəssisələrinə müraciətlərin sayı azalır. Ancaq ümumiyyətlə, xüsusən son iki həftədə infeksiya nisbətində bir azalma var. Bütün göstəricilər, hansı ki, yeddi günlük, orta, 14 günlük insidentlərlə əlaqəlidir artıq aşağı enmişdir. Yeni hallar inkişaf əyrisinə baxsanız və 100.000 sakinə çevirsəniz, görəcəksiniz ki, biz artıq enirik",- dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər