27 
Dek
2020
22:22
5827

Marneulidə bədbəxt hadisə zamanı gənc həyatını itirdi - FOTO

Marneulidə bədbəxt hadisə zamanı 37 yaşlı Əfqan Cəlalov həyatını itirib.

InterPress.ge-nin məlumatına görə, hadisə Marneulinin X. Borçaloeli küçəsində yerləşən yaşayış binalarında birində baş verib.

Mərhumun dəm qazından boğularaq öldüyü güman edilir.

Yaxınlarının InterPress.ge-yə verdiyi məlumata görə, Ə. Cəlalov səhər oyananda özünü pis hiss edib, daha sonra çox keçməmiş həyatını itirib. Onunla birlikdə daha bir nəfər olub, həmin şəxsin sağlamlıq durumu yaxşı qiymətlədirilir.

Mərhumun cəsədi ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertizaya aparılıb.

Əldə etdiyimiz məlumata görə, Əfqan Cəlalov Azərbaycanda gedən Vətən Müharibəsi zamanı, Azərbaycan ordusuna 600 xırdabuynuzlu heyvan yardımının təşkilatçılarından biri olub.

Qeyd edək ki, Əfqan Cəlalov 1983-cü ildə Gürcüstanın Qaraçöp mahalında anadan olub.

Allah rəhmət etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər