—

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək
Dinləmək üçün basın

Yanvarın 9-dan 10-na keçən gecə və səhər saatlarınadək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə isə güclü leysan və şimşək müşayiəti ilə intensiv yağıntılar gözlənilir.

Yanvarın 9-dan 10-na keçən gecə və səhər saatlarınadək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə isə güclü leysan və şimşək müşayiəti ilə intensiv yağıntılar gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ayrı-ayrı bölgələrdə küləyin güclənməsi, dənizdə isə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür. Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı bildirilir.

Xəbərdarlıqda qeyd olunur ki, güclü qar yağışı, çovğun, görünüş məsafəsinin azalması, yolların buz bağlaması və uçqun riski səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

Eyni zamanda, gözlənilən yağıntıların Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin formalaşmasına və ya aktivləşməsinə səbəb ola biləcəyi bildirilir. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibTea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilibMarneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edibSon xəbərlərə bax →