—

Gürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilir

Gürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə veriləcək
Dinləmək üçün basın

Gürcüstan parlamenti hökumətin təşəbbüsünü üçüncü oxunuşda dəstəkləyib. Dəyişikliyə əsasən, Ticarət-Sənaye Palatasının fəaliyyətinə dövlət nəzarətini Baş nazir əvəzinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi həyata keçirəcək.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik “Ticarət-Sənaye Palatası haqqında” qanuna edilib. Layihə üçüncü oxunuşda 72 səslə yekdilliklə qəbul olunub.

Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən, Ticarət-Sənaye Palatasının fəaliyyətinə dövlət nəzarəti Baş nazirin səlahiyyətindədir.

Hökumətin izahına görə, dəyişikliklər Ticarət-Sənaye Palatasının səmərəli fəaliyyətini təmin edəcək, ölkənin xarici ticarət potensialının effektiv şəkildə artırılmasına, iqtisadiyyatın inkişafına və sahibkarların dəstəklənməsinə töhfə verəcək.

Təşəbbüsün müzakirəsi zamanı hökumətin parlament katibi Vaxtanq Baçiaşvilinin bildirdiyinə görə, Ticarət-Sənaye Palatasının funksiyaları daha çox İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin fəaliyyəti, xüsusilə də xarici ticarət sahəsində siyasətin həyata keçirilməsi ilə əlaqəlidir.

Onun sözlərinə görə, dövlət nəzarətinin müvafiq nazirlik tərəfindən həyata keçirilməsi düzgün yanaşmadır.

Xəbəri qiymətləndir

Son xəbərlər

2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibTea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilibMarneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edibParlament Gürcüstanın 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri müzakirə edirSon xəbərlərə bax →