—

Tea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Tea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dinləmək üçün basın

Tea House-da fəaliyyət göstərən “Azərbaycan və İncəsənət Klubu” çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbir 24 noyabr 2026-cı il tarixində baş tutub.

Tədbir çərçivəsində iştirakçılara bəstəkarın zəngin yaradıcılıq irsi, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və sənət dünyasındakı əvəzsiz xidmətləri haqqında məlumat verilib.

Daha sonra Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Film vasitəsilə iştirakçılar bəstəkarın həyat yolu, sənət fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinə qazandırdığı dəyərli irslə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirin aparıcısı Tea House-un könüllüsü Məleykə Nabiyeva olub.

1 / 5
Xəbəri qiymətləndir

Son xəbərlər

Marneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edibParlament Gürcüstanın 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri müzakirə edirDava zamanı 65 yaşlı kişi yıxılaraq ölübİrakli Kobaxidze: “Kommersiya məqsədli surroqatlığa icazə verilən 7 ölkə var idi, indi 6 ölkə qalacaq”İrakli Kobaxidze: “Kazino sektoruna kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün ciddi problemlər yaradacaq”Son xəbərlərə bax →