—

İrakli Kobaxidze: “Kazino sektoruna kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün ciddi problemlər yaradacaq”

İrakli Kobaxidze: “Kazino sektoruna kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün ciddi problemlər yaradacaq”
Dinləmək üçün basın

“Gürcüstanda kazinolar uzun illərdir fəaliyyət göstərir və bu sektor, o cümlədən, turizmin müəyyən tərkib hissəsidir”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, bu sektora kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün fundamental problemlərə səbəb olacaq.

“Gürcüstanda kazinolar uzun illərdir fəaliyyət göstərir və bu sektor, o cümlədən, turizmin müəyyən tərkib hissəsidir. Bu sahə belə inkişaf edib. Buna görə də sektora birdən-birə və kəskin şəkildə müdaxilə etmək ölkə iqtisadiyyatı və turizm üçün prinsipial və fundamental problemlərə səbəb olacaq.

Patriarxlığa gəlincə, biz Patriarxlıqla daim əlaqə saxlayırıq və bu baxımdan heç bir problemimiz yoxdur”, – Baş nazir bildirib.

Xəbəri qiymətləndir

Son xəbərlər

İrakli Kobaxidze: “Kommersiya məqsədli surroqatlığa icazə verilən 7 ölkə var idi, indi 6 ölkə qalacaq”İrakli Kobaxidze Mdinaradze üçün dövlət himayəsinin qaldırılması ilə bağlı açıqlam verdiİrakli Kobaxidze: “Ermənistan hakimiyyətinə böyük hörmətlə yanaşırıq və konstitusiya islahatının həyata keçirilməsində uğurlar arzulayırıq”Hava durumu ilə bağlı əhaliyə xəbərdarlıq edildiGürcüstandan 83 xarici ölkə vətəndaşı deportasiya edilibSon xəbərlərə bax →