Tbilisidə Qoqebaşvili küçəsində baş verən dava zamanı 65 yaşlarında kişi yıxılaraq başını yerə vurub və nəticədə həyatını itirib.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, fiziki qarşıdurmada iştirak edən bütün şəxslər müəyyən edilib və polisə aparılıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə istintaq başlanılıb. Həmin maddə ölümə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.

