—

2026-cı ilin yazından “Əmək miqrasiyası haqqında” qanuna dəyişikliklər qüvvəyə minir – yeni cərimələr tətbiq olunacaq

2026-cı ilin yazından “Əmək miqrasiyası haqqında” qanuna dəyişikliklər qüvvəyə minir – yeni cərimələr tətbiq olunacaq
Dinləmək üçün basın

2026-cı ilin yazından Gürcüstanda “Əmək miqrasiyası haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.

2026-cı ilin yazından Gürcüstanda “Əmək miqrasiyası haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.

InterPress.ge xəbər verir ki, yeni tələblər çərçivəsində ölkədə bir sıra maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, yeni cərimələrin qüvvəyə minmə tarixi 2026-cı il martın 1-i olaraq müəyyən edilib.

Dəyişikliklərə görə, xarici vətəndaşların Gürcüstanda işləməsi üçün xüsusi icazə tələb olunacaq. Eyni zamanda, işəgötürənlər xarici işçi qüvvəsinə ehtiyacın əsaslandırılmasını təqdim etməli olacaqlar. Bu tələblərin məqsədi əmək bazarına nəzarətin gücləndirilməsi və qeyri-qanuni məşğulluğun qarşısının alınmasıdır.

Qanunun sərtləşdirilməsi ilə paralel olaraq, pozuntulara görə yeni cərimələr də müəyyən edilib. Belə ki, müvafiq icazə olmadan xarici vətəndaşı işə götürən işəgötürən də, qanunsuz çalışan xarici şəxs də 2000 lari məbləğində cərimələnəcək. Eyni pozuntu təkrarlandığı halda isə maliyyə sanksiyası ikiqat artırılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibTea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilibMarneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edibSon xəbərlərə bax →