—

Koronavirusa qarşı vaksin hazırlandı

Koronavirusa qarşı vaksin hazırlandı
Dinləmək üçün basın

Londonun İmperiya Kolleci yeni koronavirusa qarşı vaksinin hazırlanması haqqında bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə “Sky News”telekanalı məlumat yayıb.

Qeyd edilir ki, vaksinin laboratoriya mərhələsi cəmi 14 gün çəkib. Artıq gələn həftə preparatı heyvanlar üzərində yoxlamağa başlayacaqlar.

Adətən iş kliniki sınaqlara qədər yalnız iki-üç il sonra çatır. Lakin professor Robin Şettok alimlərin işində qeyri-adi operativlik göstərib.

Qeyd edilir ki, əgər bunun üçün maliyyələşmə kifayət qədər olsa, artıq yayda vaksin insanların müalicəsinə tətbiq edilə bilər.

InterPress xatırladır ki, İtaliya alimləri də koronavirusa qarşı yeni vaksin hazırladıqlarını açıqlayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkDövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıSon xəbərlərə bax →