—

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldı

Marneulidə cinayət hadisəsi baş verib - Bir nəfər saxlanıldı (VİDEO)
Dinləmək üçün basın

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlər törətməkdə şübhəli bilinən bir şəxsə ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə zərərçəkmiş şəxsi aldatma yolu ilə ələ keçirərək onu cinsi istismara məruz qoyub.

İstintaqın məlumatına əsasən, o, zərərçəkmiş şəxsi digər şəxslərə seksual xidmət göstərməyə məcbur edib, əldə olunan pulu isə özü götürüb. Tabe olmadığı təqdirdə zərərçəkmiş şəxsi fiziki zorakılıqla hədələyib. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmişə qarşı zorakılıq və seksual xarakterli digər hərəkətlər törədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2026-cı il noyabrın 22-də saxlayıblar.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin birinci hissəsi (insan alveri – istismar məqsədilə şəxsin aldatma yolu ilə ələ keçirilməsi), 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmiş şəxsdə fiziki ağrıya səbəb olan zorakılıq) və 138-ci maddəsinin birinci hissəsi (seksual xarakterli digər hərəkət) ilə ittiham irəli sürülüb.

Qeyd olunan cinayətlərə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Xəbəri qiymətləndir

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibSon xəbərlərə bax →